BolgeXeber.Com » Sosial » Aprelin 5-dən uşaq bağçaları da bağlanır? - AÇIQLAMA

Aprelin 5-dən uşaq bağçaları da bağlanır? - AÇIQLAMA

1-04-2021, 17:00
Oxunub: 3 664 Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb. 

Bu qərardan sonra hər kəsi düşündürən sual uşaq bağçalarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlıdır. 

Nazirlikdən verilən məlumata görə, yeni qərar yalnız məktəblərə aiddir: "Bu qərar uşaq bağçalarına şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir".