Kredit borcu olanlara şad xəbər - Mərkəzi Bank qərar verdi
1-06-2021, 16:33
Oxunub: 6 608
"Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu il iyulun 1-dək uzadılıb”.
Bunu deputat Vuqar Bayarmov deyib. Deputat Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirəlayiq hal hesab edir:
"Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib. Sonuncu dəfə İdarə Heyəti müddətin bu yazın ilk ayının sonuncu günü uzadıb.
Mərkəzi Bankın qərarına əsasən kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin, habelə kredit öhdəliklərinin gecikdirilməsi halında əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına və borcludan tutulmamasına, eləcə də borcalanın kredit tarixçəsinin pisləşdirilməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 01 iyul 2021-ci il tarixinədək uzadılıb. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə tətbiq edilmiş dividend ödənişlərinin məhdudlaşdırılması müddəti həmin tarixədək qüvvədə saxlanılıb. Həmçinin, sektorun bank kapitalına aid yeni requlyativ tələblərinə tədricən adaptasiyasının təmin edilməsi məqsədilə bazar və əməliyyat risklərinin bank kapitalının adekvatlığı əmsalı ilə örtülməsi, habelə əmsalın minimum həddi üzrə requlyativ güzəştlərin tətbiqi müddətinin 01 iyul 2021-ci il tarixinədək uzadılması qərara alınıb”.
Deputat qərarın sadə dildə izahını belə verib:
"Bu o deməkdir ki, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda banklara borclunun kredit tarixçəsinin pisləşməməsini tövsiyyə edir. Milli Məclisin 27 may 2021-ci il tarixli plenar iclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında "qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif etmişdim”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər