İsmət Abbasov büdcədən ayrılan milyonları hara sərf edir?
24-07-2013, 14:50
Oxunub: 7 333
Kəndlilərdən kredit müqabilində şəhərdə evi olması tələb edilir; kəndli İxtiyar Ağayev bunun sirlərini açıqlayır; “Sanki uzunmüddətli kreditlər ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün deyil, korrupsioner məmurların daha da varlanması üçündür”
Biləsuvarın İsmətli kənd sakini İxtiyar Ağayev kənd təsərrüfatının inkişafına dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin hara və necə xərclənməsi haqda redaksiyamıza məktub yollayıb. Kəndli yazır ki, 9 nəfərdən ibarət ailə üzvləri ilə birgə əkin-biçin, heyvandarlıqla məşğul olmaq üçün uzunmüddətli, aşağı faizli kredit almaq istəyib: “2008-ci ildən başlayaraq İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fonduna (SKMF), Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyinə(KTKDA), ölkə rəhbərliyinə dəfələrlə müraciət etdik.
Korrupsiya və rüşvətxorluq ucbatından bu müraciətlər şablon cavablarla bir-birinə ötürülərək nəticədə rədd edildi. Bu günə kimi krediti ala bilməmişik. Bu dövrdə aşağı faizli, uzunmüddətli kreditlərdən yalnız rayona rəhbərlik edənlər və onların yaxınları faydalanıblar. Kənddə yaşayan əliqabarlı əhaliyə çatanda girov kimi yalnız şəhərdə ev, müəssisə tələb edirlər. Təqdim etdiyimiz və rayonda yerləşən yaşayış evlərinin, təsərrüfatların sənədləri rədd olunur. Bizi kreditdən imtina etməyə bu cür məcbur edirlər. Əgər biz kəndlilərin şəhərdə ev-eşiyimiz, müəssisəmiz olsaydı, kənddə niyə xiyar əkib becərirdik?”
Kəndli yazır ki, uzunmüddətli, aşağı faizli kreditlərin verilməsi prosesində düşünülmüş şəkildə banklar məsuliyyəti SKMF və KTKDA-nın üstünə, bu qurumlar da bankların üstünə atırlar: “Sanki uzunmüddətli kreditlər kənd əhalisini işlə təmin etmək, məhsul bolluğu yaradaraq ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün deyil, rüşvətxor, korrupsioner məmurların daha da varlanması üçündür. Əli qabarlı əhali isə ancaq bir il müddətinə 36-43 faizli kreditləri götürürlər. Bizim əmək haqqı və pensiya kartları bu kreditləri verən banklarda girov saxlanılır. 2004-cü ildən başlayaraq bu günə kimi müxtəlif kredit təşkilatlarından ”FİNKA” Beynəlxalq kredit təşkilatından, “Accsesbank”dan, “Royalbank”dan, “Texnikabank”dan, “Zaminbank”dan, “Fidan” kredit ittifaqından, “UNİbank”dan bir neçə dəfə bir il müddətinə 36-43 faizlə kredit götürmüşəm. Özüm və ailəm ac qalıb, amma vaxtında borcumu ödəmişəm. Çox təəssüf ki, bir il müddətinə hər ay 36-43 faizlə borcu banka qaytarmaqla kənddə nə əkinçiliyi, nə də heyvandarlığı inkişaf etdirmək mümkün deyil. Bu cür faiz dərəcəsindən qazanan vətəndaşlarına və qanunlarına münasibətdə erməni quldur dəstə başçılarından heç də fərqlənməyən, rüşvətxor və korrupsioner məmurlar və kommersiya banklarının rəhbərləridir. Ona görə də dövlətimiz əhalini ərzaqla yerli istehsal hesabına təmin edə bilmir və baha qiymətə idxal etməyə məcbur olur. Məcbur olub statistika isə kök, yağlı, piyli rəqəmlərlə əhalini yedizdirib xoşbəxt edirlər”.
Kəndli hökumətin özündə güc və qətiyyət tapıb milyardlarla vəsaiti bir il keçməmiş dağılan, çat verən, yenidən qurulan yollara, keçidlərə xərcləmək əvəzinə əkin-biçin adamlarına verəcəyinə ümid edir: “Ümid edirik ki, dövlət başçısı Azərbaycan kəndlisini müflis edib nökərə çevirən harın məmur-oliqarxları qanunları yerinə yetirməyə nəhayət ki, məcbur edəcək. Cənab Prezident! Sədrliyinizlə 15 yanvar 2013-cü ildə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışınız zamanı bildirdiniz ki, SKMF-nin fəaliyyətini yüksək qiymətləndirirsiz. Bu fondun xətti ilə bu günə qədər təxminən bir milyarda yaxın vəsait aşağı faizlə sahibkarlara kredit verilib və bu vəsaitin geri qaytarılmasına görə şad olduğunuzu söylədiz. Qeyd etdiz ki, bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcəkdir və bu vəsaitin 83% regionların payına düşür.
Cənab Prezident! Bu sizə Prezident Administrasiyası və Nazirlər Kabineti tərəfindən verilən saxta informasiyadır. Sadəcə, kağız üzərində belədir. SKFM və KTKDA-nın əsas vəzifəsi sanki uzun müddətli kreditlərlə regionlarda əhalini işlə təmin etmək, məhsul bolluğu yaradaraq ölkənin ərzaq təhlükəsizliyinə nail olmaq deyil, rüşvətxor, korrupsiner, harın, qudurğan məmurların daha da varlanmasını təmin etməkdir. Belə ki, bu qurumların məsul işçiləri, hər birinin başında oliqarx-məmurların dayandığı kommersiya banklarının rəhbərləri ilə cinayət əlaqəsinə girərək, ancaq özlərinin münasib bildiyi yaxın adamlara öz “yazılmamış” qaydaları ilə kredit verirlər”.
Kəndli 20 aprel 2013-ci ildə Şirvan şəhərində iqtisadi inkişaf naziri Şahin Mustafayevin qəbulunda olmasından da yazıb: “Nazir məni dinlədikdən və sənədlərə baxdıqdan sonra adımı və soyadımı qarşısında olan kitabçasına yazaraq dedi ki, sənin məsələn fərdi qaydada həll olunaraq kredit veriləcək. Hətta fondun icraçı direktoru Abdullayevə göstəriş verdi ki, vətəndaşın ərizəsini alaraq kredit məsələsini həll edin. Üstündən bir ay keçəndən sonra İqtisadi İnkişaf Nazirliyindən (İİN) mənə göndərilən cavabda bir daha aydın oldu ki, İİN SKMF əslində ”Sahibkarlığa kötək antimilli fondu”dur. Məqsədi də iqtisadiyyatı inkişaf etdirmək, kəndlərdə işsizliyi aradan qaldırmaq deyil, dövlət büdcəsindən ayrılan vəsaiti müxtəlif yollarla mənimsəməkdir”.
Kəndli yazır ki, beləliklə ölkədə çox acınacaqlı vəziyyət yaranıb. O, prezidentdən xahiş edir ki, SKMF və KTKDA rəhbərliyinin kommersiya banklarının rəhbərləri ilə cinayət əlaqəsinə girərək, kənd təsərrüfatını inkişaf etdirmək, ərzaq bolluğu yaratmaq üçün ayrılan bir milyard manatdan artıq kreditlərin “həzm-rabedən” keçirilməsinin qarşısı alınsın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər