Karantin qaydalarını pozan şadlıq saraylarını hansı cəza gözləyir?
1-07-2021, 18:26
Oxunub: 5 168
Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlar tərəfindən toy prosesi gedən zaman qəfil yoxlamalar həyata keçirilə bilər.
Bu barədə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, monitorinqlərdə toy mərasimləri zamanı Nazirlər Kabineti tərəfindən təyin edilən qaydalara riayət edilməsi yoxlanılacaq:
"Daxili İşlər Nazirliyinin əməkdaşları maraqlı deyil ki, vətəndaşların şad günlərində hər hansı narazılıq olsun. Bu səbəbdən də sahibkarlar və toy mərasimini keçirən şəxslər bütün qaydalara ciddi riayət etməlidirlər.
Əgər restoranlarda keçirilən toy mərasimləri zamanı qoyulan qaydalara riayət edilməzsə, bu, həmin restoranlarda növbəti dəfə toy mərasimlərinin keçirilməsinə qadağa qoyulmasına gətirib çıxara bilər.
Pandemiya şəraitində qaydalara riayət edək ki, bu kimi hallar yaşanmasın və hər hansı məhdudiyyətlərin tətbiqinə ehtiyac duyulmasın”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər