BolgeXeber.Com » Sosial » Gülər Əhmədovanın ailəsi haqda yeni xəbər

Gülər Əhmədovanın ailəsi haqda yeni xəbər

30-07-2013, 16:30
Oxunub: 6 055 Həyat yoldaşı və bacısı Gülər Əhmədova haqqında danışmaq istəmədi
Bildiyimiz kimi fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Univerisitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı video faktlar demək olar ki, Gülər Əhmədovanı bitirdi.
Hazırda həbsxana divarları arasında olan sabiq millət vəkilinin ailə üzvülər və yaxınları ilə əlaqə saxladıq. Əməkdaşımız əvvəl Gülər Əhmədovanın bacısına zəng vurarub. O, bildirib ki, Güər Əhmədovanın vəziyyəti heçdə yaxşı deyil: “Niyə bacım haqqında həyat yoldaşına zəng vurub sual vermirsiz? O, sizin suallarınıza daha yaxşı cavab verər”
Daha sonra, Gülər Əhmədovanın həyat yoldaşı ilə əlaqə saxladıq. Fikrət Əhmədov əvvəl telefonu açıb. Amma əməkdəaşımız özünü təqdim etdikdən sonra telefonu söndürüb.
Əlavə edək ki, bir müddət əvvəl Gülər Əhmədovanın mətbuata danışmaması haqda göstərişin verildiyi xəbəri yayılmışdı. gunxeber.com