BolgeXeber.Com » Sosial » Bu generallar və polkovniklərə ev veriləcək - SİYAHI

Bu generallar və polkovniklərə ev veriləcək - SİYAHI

25-08-2021, 18:10
Oxunub: 4 224 Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Sərəncamda həmin şəxslərin mənzillə təmin olunmasının bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nazirliyin balansına verdiyi və ya nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilməsi müəyyən edilib.

Həmçinin İpoteka və Kredit Zəmanət Fonduna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin nazirliyin balansına verilməsini təmin etmək tapşırılıb.

Prezidentin sərəncamı ilə mənzillə təmin olunacaq generallar və polkovniklərin siyahısı belədir:

Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant

Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor

Məmmədov Zaur Sabir oğlu – general-mayor

Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor

Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik

Ələkbərov Babək Mürsəl oğlu – polkovnik

Hüseynov Telman Əsgər oğlu – polkovnik

İsrayılov Raqif İbadulla oğlu – polkovnik

Qurbanov Babək Vahid oğlu – polkovnik

Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik

Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra)

Sultanov Vüsal Eynulla oğlu – polkovnik

Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik

Zeynalov Zaur İlham oğlu – polkovnik