BolgeXeber.Com » Sosial » Rəmişin Gülüsü: “Hər gün onunla 4-5 saat söhbət edirəm” - VİDEO

Rəmişin Gülüsü: “Hər gün onunla 4-5 saat söhbət edirəm” - VİDEO

14-10-2021, 19:02
Oxunub: 352 "Həmişə Rəmiş efirə gəlirdi. İndi siz onun mənzilinə gəlmisiniz. Rəmiş mənim ürəyimdir, hər şeyimdir. Hər gün məzarına gəlib onunla 4-5 saat söhbət edirəm, sonra onunla qaldığım mənzilə gedirəm. O mənzillərimizi ayırdı".

Bolgexeber.com  ATV-yə istinadəm xəbər verir ki, bu sözləri mərhum girata ifaçısı Rafiq Hüseynovin (Rəmiş) həyat yoldaşı Gülü deyib. Sənətkarın yoxluğu ilə barışa bilməyən Gülü hər gün onun qəbrini ziyarət etdiyini bildirib:

"Rəmiş məmin qəlbimdə yaşayır və yaşayacaq. Mən ölənə qədər Rəmiş sevgisi Gülünün ürəyində olacaq. O sevgini heç vaxt unutmaram. Bu yer də mənimdir. Elə olur hərdən gələ bilmirəm. Ama mütləq sabah gəlirəm.

Onunla çoxlu söhbət edirəm, o, qulaq asır amma cavab vermir. Məmim atamla anam ayrılıb. Ona görə məni uşaq evinə veriblər. Orada o qədər əziyyət çəkmişəm ki... Böyüyəndən sonra hər ikisindən ürəyim soyudu. Mənim həyatım da, canım da Rəmişdir”.