Piyadalara yol verməyən sürücülərə XƏBƏRDARLIQ
27-10-2021, 12:52
Oxunub: 6 296
"Aparılan müşahidələr baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur”.
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O qeyd edib ki, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir: "Hər bir sürücü piyadalara münasibətdə qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidir. Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya və yol ayırıcından sağa və sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə, bu, inzibati məsuliyyət yaradır. Cəriməsi isə 50 manatdır”.
"Sürücülər unutmamalıdır ki, "Yol Hərəkəti Haqqında Qanun” onların üzərinə hadisədən maksimum yayınmaq üçün öhdəlik qoyub. Yəni, sürücünün diqqəti olduqca önəmlidir. Sürücüləri bu tələblərə əməl etməyə və bədbəxt hadisələrə zəmin yaratmamağa çağırırıq. Kiçik bir diqqətsizlik sürücünün həyatını zülmətə çevirə bilər. Qaydalara əməl edək, özümüzü bədbəxt hadisələrdən qoruyaq", - o vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər