Gələn il maaş və pensiyalar nə qədər artacaq?
8-12-2021, 09:16
Oxunub: 6 312
Gələn il əmək haqqlarının, pensiyaların, sosial müavinətlərin artırılması nəzərdə tutulur. Artımların 40 faiz və daha çox olacağı gözlənilir və sahələrdən asılı olaraq bu rəqəmlər dəyişə də bilər. Bu artımlar iki milyondan artıq vətəndaşı əhatə edəcək.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Millət vəkilinin sözlərinə görə, gələn ilin dövlət büdcəsinin 46 faizdən çoxu sosial yönümlü olacaq:
"Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam sosial yönümlü xərclərin artırılmasına imkan verir.
Yəni, milyardla ifadə olunan vəsaitin bu istiqamətdə yönəldilməsi nəzərdə tutulur. 2022-ci ilin dövlət büdcəsi artıq Milli Məclisdə təsdiq olunub. Büdcə xərclərinin 46.4 faizi sosial istiqamətə yönəldiləcək. Bu, müstəqillik illərində sosial xərclərin büdcə xərclərində ən böyük payıdır.
Yəni bu o deməkdir ki, növbəti il hər 100 manatdan 46.4 manatı sosial məqsəd üçün istifadə olunacaq. Bu ondan xəbər verir ki, 2022-ci ildə tətbiq olunacaq sosial paket kifayət qədər əhatəli olacaq və kifayət qədər çox vətəndaşımızın həm birbaşa, həm də dolayı olaraq bu artımlardan faydalanmasına gətirib çıxaracaq"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər