BolgeXeber.Com » Sosial » “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
“Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
8-06-2022, 16:13
Oxunub: 1 056
07.06.2022 –ci il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Uğur Şəxsi İnkişaf Mərkəzində “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Hacıqabul UADM əməkdaşları , MRX-nin həkimi və Uğur Şəxsi İnkişaf Mərkəzinin tələbələri iştirak etmişlər.Tədbirdə uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasından, ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılmasından və bu üstünlüyün nəticəsində gender bərabərliyinin pozulmasından danışılmışdır. Tədbiri giriş sözü ilə açan Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzzrə mütəxəssisi Yaqut Hüseynova öz nitqində bildirmişdir ki, cins seçiminin kökündə gender stereotipləri, gender bərabərsizliyi, oğlan uşaqlarının daha yüksək dəyər aşılayan ailə strukturu kimi məsələlər dayanır. Təəssüf olsun ki, bir çox ailədə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdikləri üçün təzyiqlərə məruz qalır.
Mərkəzi Rayon Xəstəxanasının həkimi Gülşən Qənbərova cins tarazlığının pozulmasının müəyyən fəsadlarla nəticələndiyini bildirmişdir. Belə ki, selektiv abortlar oğlan uşaqlarının sayının artmasına gətirib çıxara bilər, bu da ölkənin demoqrafiq inkişafına mənfi təsir göstərir.
Tədbir diskusiya şəklində davam etdirilmiş, mövzu ilə əlaqəli suallar cavablandırılmışdır.
Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi: Yaqut Hüseynova

Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət