BolgeXeber.Com » Sosial » Azəbaycanda pensiya və əməkhaqqı artırılacaq RƏSMƏN ELAN OLUNDU

Azəbaycanda pensiya və əməkhaqqı artırılacaq RƏSMƏN ELAN OLUNDU

22-07-2022, 13:02
Oxunub: 3 616 "Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaqdır"
Əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcəkdir. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə Bolgexeber.com minimum əməkhaqları artırılacaqdır. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaqdır.
xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Qeyd olunub ki, özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaqdır. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaqdır. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki
77,6%-dən artaraq 80%-ə çatdırılacaq. Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50% (2021-ci il üzrə: 46,9%) təşkil edəcəkdir.
Bildirilib ki, bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaqdır. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaqdır. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcəkdir. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80%-də saxlanılacaqdır.
Həmçinin qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşdırılacaqdır. Qadınların cəmiyyətdə iqtisadi fəallığı artırılacaq, onların yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğu təşviq olunacaqdır. Qadınların uğurlu fəaliyyəti üçün peşə yönümü, karyera məsləhəti və digər aktiv məşğulluq tədbirləri genişləndiriləcəkdir. Qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti 2021-ci ildəki 65,8%-dən 80%-ə çatacaqdır. Şəhərlə kənd arasında yaşayış standartlarındakı fərqlər azaldılacaqdır. Regionların iqtisadi və təbii potensialından səmərəli istifadə ediləcək, özəl investisiyaların cəlbi təşviq olunacaq, yeni çağırışlara uyğun regional inkişaf
mexanizmləri dövlət tərəfindən dəstəklənəcəkdir. Nəticədə, ümumi məhsul buraxılışında regionların xüsusi çəkisi 35%-dən 42%-ə çatdırılacaqdır.