Bu əlillərə pensiya verilməyəcək
26-07-2022, 15:26
Oxunub: 6 064
"Əlillik müddəti bitmiş vətəndaşların əlilliyi 6 ayı keçdikdən sonra bərpa edilirsə, həmin vətəndaşların pensiyası əlilliyin yeni təyin olunduğu vaxtdan hesablanır".
Bolgexeber.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.
O bildirib ki, bu halda əlilliyin dayandığı müddətin pensiyası vətəndaşa ödənilmir:
"Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur".
Xatırladaq ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, 6 aydan çox müddət ötərsə, bu, ötürülmüş müddət sayılmayacaq və müddət üçün pensiya ödənilməyəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər