BolgeXeber.Com » Sosial » TQDK-də abituryentlərin ballarını müəyyən «qiymətə» qaldıran məhdud və gizli qrup fəaliyyət göstərir?
TQDK-də abituryentlərin ballarını müəyyən «qiymətə» qaldıran məhdud və gizli qrup fəaliyyət göstərir?
20-09-2013, 11:05
Oxunub: 5 499
Uzun müddətdir ki, cəmiyyətdə belə fikir formalaşıb ki, ölkədə korrupsiyalaşmamış tək-tük qurumlardan biri Tələbə Qəbulu Üzrə Dövlət Komitəsidir. Doğurdanda TQDK-nın keçirdiyi imtahanlar bu günə qədər demək olar ki, etiraza və şikayətlərə səbəb olmayıb. Amma bir neçə gün əvvəl, daha doğrusu sentyabrın 16-da «Bilik günü» münasibəti ilə “Azərbaycan” qəzetinə müsahibə verən təhsil naziri Mikayıl Cabbarovun açıqladığı bir fakt beyinlərdə ciddi şaşqınlıq yaratdı.
Təhsil naziri: “Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 nəfər məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub”, söylədi və dolayısı ilə TQDK-nı ağır şəkildə ittiham etdi. Çünki buraxılış imtahanlarını da, qəbul imtahanlarını da keçirən qurum TQDK idi və bu durumda beyinlərdə təbii olaraq sual yarandı. Rüşvət alınması imkansız elan olunan «zonada» nə baş verir və bu ziddiyyətli rəqəmlər hardan ortaya çıxdı? Necə ola bilir ki, TQDK kimi nüfuzlu bir dövlət qurumunun keçirdiyi iki imtahanda belə ziddiyyətli nəticə ortaya çıxdı?
Söhbət 3-5 adamdan getsəydi, bunu təsadüf adlandırmaq mümkündü. Amma buraxılış imtahanında qeyri-kafi bilik nümayiş etdirən 128 şagirdin qəbul imtahanında kafi nəticə göstərməsini təsadüf adlandırmaq heç də inandırıcı deyil.
Pia.az-ın bu məsələ ətrafında apardığı araşdırma maraqlı nəticələr ortaya qoyub. Məlum olub ki, TQDK-da qəbul imtahanlarından sonra balları «qaldıran» xüsusi bir qrup fəaliyyət göstərir. Bizi məlumatlandıran mənbənin sözlərinə görə bu məhdud qrupda 7-8 TQDK vəzifəlisi fəaliyyət göstərir, (mənbə onların adlarını açıqlaya biləcəyini söyləyir) və bu qrupun hər bir mənsubu gizli şəkildə müəyyən dəllallarla iş görürlər. Qəbul imtahanları bitdikdən sonra və yekun nəticələrin elan olunması arasındakı təqribən bir həftə vaxt ərzində dəllallar «ballarının qaldırılmasını» istəyən «müştərilər» tapır, qiymətdə anlaşdıqdan sonra TQDK-dakı vəzifəli adamına müraciət edir. Nəticədə qəbul imtahanında aşağı nəticə göstərmiş abituryentin balı 100 -150, hətta 200 bal artırılır.
Mənbə bildirir ki, kənar bir şəxsin bu prossesi izləməsi və qanunsuzluğu ortaya qoyması əslində mümkün deyil. Çünki hər bir abituryent ancaq öz topladığı bal barədə məlumatlara sahib olur. Təbii ki, balını artırmaq üçün müəyyən adamlara müraciət edən şəxslərin şikayətçi olmasını da heç kim düşünüə bilməz. Ona görə də balların artırıldığını bir qarşı tərəf, bir də TQDK-da bir neçə vəzifəli şəxs bilir. Bütün bu «əməliyyatlar» çox ciddi gizlilik şəraitində həyata keçirilir.
Mənbə sonda onu da vurğuladı ki, bu «əməliyyat»lardan TQDK sədri Mələykə Abbaszadənin nə qədər məlumatlı olması ilə bağlı onda heç bir məlumatı yoxdur. Amma Məleykə Abbbaszadə lazım bilərsə, təhsil naziri Mikayıl Cabbarovun qeyd etdiyi 128 abituryentin sənədlərini, test cavablarını yoxlayraq müəyyən nəticə və qənaət əldə edə bilər. Hətta sənədlər dəyişdirlsə belə, həmin abituryentləri öz iştirakı ilə ikinci dəfə test edə bilər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər