BolgeXeber.Com » Sosial » Pensiyalar sabah ödəniləcək

Pensiyalar sabah ödəniləcək

14-09-2022, 15:58
Oxunub: 3 712 Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.