BolgeXeber.Com » Sosial » Gələn il əmək pensiyaları bu qayda ilə artırılacaq

Gələn il əmək pensiyaları bu qayda ilə artırılacaq

4-10-2022, 14:30
Oxunub: 1 864 Azərbaycanda "Əmək pensiyaları haqqında" qaununa dəyişiklilər nəticəsində pensiyaların hesablanmasında yeni indeksasiya metodu tətbiq ediləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  yeni indeksasiya metodu ilə pensiyaların artım qaydalarını açıqlayıb.
M.Quliyev indeksasiya artımlarını əyani şəkildə 2 misal ilə izah edib.
"Nəzərə alsaq ki, bu il üçün orta aylıq pensiya 400 manat təşkil edir onda gələn il üçün pensiya artımı belə hesablanacaqdır: 400+200 manatlıq maddi yardımın 1 aya düşən məbləği - 16,6 manat * bu il üçün gözlənilən orta aylıq əmək haqqının 15%-lik artımı = 478,4 manat. Başqa sözlə bu il 400 manat alan əmək pensiyaçısının pensiyası gələn il 78,4 manat artacaqdır.
Xüsusi şərtlərlə pensiyanın orta aylıq məbləği bu il üçün 726 manat təşkil eləmişdir. Gələn ilə pensiya hesablanması belə olacaqdır: 723 + 10%-lik aylıq əlavə * 15% = 918,4 manat. Deməli bu il xüsusi şərtlərlə 726 manat alan pensiyaçı bu indeksasiyalar tətbiq olunandan sonra gələn il 918,4 manat alacaqdır. Başqa sözlə onun pensiyası 192,4 manat artacaqdır".