BolgeXeber.Com » Sosial » Azərbaycanda zəlzələ olarsa buna hansı binalar tab gətirəcək?- ARAŞDIRMA

Azərbaycanda zəlzələ olarsa buna hansı binalar tab gətirəcək?- ARAŞDIRMA

26-03-2023, 17:58
Oxunub: 2 432

Türkiyədə baş verən zəlzələdən sonra binaların bir anda yerlə bir olması Azərbaycada da tikilən binalar barəsində düşünməyə vadar etdi. Artıq bəzi insanlar arasında da qorxu yaranıb ki, ölkədə zəlzələ olsa, binalar tab gətirməyəcək.


Bəs, Azərbaycanda tikilən binalara necə nəzarət olunur? Binaların möhkəmliliyi necə yoxlanılır? Neçə bal gücünə tab gətirəcək binalar tikilir?


Bolgə.TV-nin əməkdaşları bununla bağlı Qurtuluş-93 Bağçalı Evlər layihəsi ilə tikilmiş binaların etibarlılığı ilə bağlı araşdırma aparıb. Əməkdaşlarımız yaşayış kompleksinin sakinləri ilə söhbətləşib. Danışıq zamanı sakinlər bildiriblər ki, artıq 10 ildən artıqdır bu binalarda yaşayırlar və hələ ki heç bir problem yaşamayıblar. Bununla bağlı heç bir narazılıqları yoxdur. 


Daha sonra yaşayış kompleksinin iş icraçıları ilə maraqlanan əməkdaşlarımıza bildiriblər ki, sözügedən binaların zəlzələyə dayanıqlığı yüksək səviyyədədir və onlar buna tam zəmanət verirlər. Onu da qeyd ediblər ki, tikinti zamanı istifadə olunan materiallara tam cavabdehdirlər. Hər biri yüksək keyfiyyətdə olub və binalar yüksək texnologiya vasitəsi ilə tikilib. Hətta onlar qeyd edib ki,  davamlılığı zəiflətməmək üçün bu binalarda sakinlərə kanstruksiya dəyişikliyinə belə icazə verilmir. 


Məsələ Bolgə.TV-nin əməkdaşlarının diqqətində saxlanılaraq digər yaşayış binaları haqqında məlumat əldə etməyə çalışacaq. 


Araşdırmaya uyğun video qısa müddətdə paylaşılacaq...