BolgeXeber.Com » Sosial » Qadın xəstəliklərinin XALQ TƏBABƏTİNDƏ müalicə üsulları

Qadın xəstəliklərinin XALQ TƏBABƏTİNDƏ müalicə üsulları

13-04-2023, 12:46
Oxunub: 2 128
Qadın xəstəliklərinə qarşı effektiv xalq təbabəti üsulları:

Bolgə.TV xəbər verir ki, heyva toxumu dəmləməsi və bişirməsi uşaqlıq qanaxmalarında tətbiq edilə bilər.

Dozası: Xörək qaşığı ilə gündə 3-4 dəfə içməli.

Uşaqlıq qanaxmalarında başınağacı qabığından alınmış duru, spirtli ekstrat yaxşı təsir edir (qabıqları payızın axırlarında və yazın əvvəllərində toplamaq lazımdır). Dozası: Gündə 3 dəfə 30-40 damcı qəbul edilir.

Çobançantası (quşəppəyi) bitkisinin dəmləməsi və duru ekstrati uşaqlıq qanaxmalarında işlədilə bilər.

İstifadə qaydası: 1:10 nisbətində 15-20 daqiqa müddətində ekstrat isa 1:1 nisbətində hazırlanır. Dəmləməni gündə 3 dəfə xörək qaşığı ilə, ekstratı 20-30 damcı qəbul etməli.

Qankəsici maddə kimi küncüt yağı da faydalı təsir göstərir. Yeməkdən qabaq xörək qaşığı ilə qəbul etməli (müalicə müddəti 10-20 gündür).

Qambatı bitkisinin kökümsov gövdəsindən və kökündən bişirmə və duru ekstrat şəklində dərman hazırlayıb qankəsici maddə kimi işlədirlər. Dozası: Dəmləməni gündə 3-4 dəfə xörək qaşığı ilə, ekstrat 3 dəfə 30-40 damcı qəbul etməli.

Uşaqlıq xərçəngi zamanı aşağıdakı vasitə çox müsbət təsir edir: may balı - 630 qram, qırmızı üzümün şərabı-635 qram, ezvay-370 qram (yalnız 3,5 illik azvay olmalıdır, onu kəsənə qədər 5 gün su verməməli) qarışdırılır. Dozası: Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı (sonralar bir xörək qaşığı) qəbul etməli. Müalicənin müddəti 2-3 həftədir. Bu qarışıqla bütün xroniki xəstəlikləri müalicə etmək olar.

Qadın xəstəlikləri zamanı ağcaqayın ağacının may ayında toplanmış qabığını çay kimi dəmləyib içdikdə müsbət təsir göstərir.

Qadınların doğuşa qədər və doğuşdan sonra 40 gün süd içmələri məsləhət deyildir.

Qora şərbəti hamiləliklə əlaqədar olan xəstəlik hallarında münasib sayılır. Bu məqsədlə xörəkdən əvvəl 1 xörək qaşığı qəbul etməli.

Noxud digər dərmanlarla birlikdə qadın xəstəliklərində iltihaba qarşı tətbiq olunan vasitələrdəndir. İstifadə qaydası: Noxudu od üzərində qovurub həvəngdə əzir, üzərinə hil tozu töküb qarışdırır, sonra ona ətçəkən maşından keçirilmiş kişmiş əlavə edərək külla halına salırlar. Həmin kütlədən noxud irilikdə həblər hazırlanır. Dozası: Gündə 5-6 həb qabul etməli.

Qankəsici maddə kimi gicitkənin duru ekstratı da yaxşı təsir edən vasitələrdəndir. Qaydası: Gündə 3 dəfə 40-50 damcı qəbul etməli.

Uşaqlıq yollarının eroziyası zamanı mumiya işlətmək faydalı təsir edə bilər. İstifadə qaydası: 2.5 qram mumiyan 100 ml qaynanmış suda həll edərək onda isladılmış tamponu uşaqlıq yoluna qoymaq lazımdır.