BolgeXeber.Com » Sosial » Ağcaqanadlar sizi öldürə bilər

Ağcaqanadlar sizi öldürə bilər

13-04-2023, 16:36
Oxunub: 2 320
Ağcaqanadlar təhlükəli virus yayırlar. Bununla bağlı həyata keçirilən araşdırmaların nəticələri “PLOS Pathogens” jurnalında dərc olunub. Araşdırmada mütəxəssislər dang qızdırması virusunu daşıyan “Aedes aegypti” ağcaqanadlarının tüpürcəklərini tədqiq ediblər.

Bolgə.TV xəbər verir ki, tədqiqatçılar, immuniteti aşağı sala bilən "sfRNA"nın molekulyar tərkibini aşkar etdikləri ağcaqanad tüpürcəyinin orqanizmi dang qızdırmasına qarşı zəiflədərək xəstəliyin ötürülməsini asanlaşdıra biləcəyini müəyyən ediblər.

ABŞ-ın Virciniya Universitetinin İmmunologiya və Xərçəng Biologiyası Departamentinin rəhbəri Mariano Garcia-Blanco bildirib ki, bu tip viruslar çox ağıllıdır, toxunulmazlığımızı boğaraq, infeksiyanın bədəndə tutulmasına imkan verir.

Araşdırma nəticələrinin dang qızdırması virusunun yoluxma mənbəyinə işıq tutduğunu vurğulayan mütəxəssis bu yolla xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı işlərin artırılacağını da qeyd edib. Amma bütün hallarda yoluxmamağın ən yaxşı yolu ağcaqanadların sancmamasıdır. Təəssüf ki, bunun da hələlik tamamilə almaq mümkün deyil.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 400 milyon insan dang qızdırmasına tutulur. Virus insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və dang qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.