Koronavirusun yeni variantı ortaya çıxdı
14-04-2023, 15:35
Oxunub: 3 944
Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus mutasiya edərək yayılmağa davam edir.
Bolgə.TV xarici mətbuata istinadən xəbər verir ki, bir çox ölkədə, xüsusən də Hindistanda koronavirusun yeni variantı ortaya çıxıb. Hind alimlərinin sözlərinə görə, Arkturus variantı Omikronun mütasiyası nəticəsində meydana çıxıb. Bildirilib ki, bu variant, xüsusilə uşaqlarda müşahidə olunur.
Hindistan Pediatriya Akademiyasının keçmiş prezidenti Dr. Vipin Vaşiştha son vaxtlar koronavirusa yoluxma hallarının artdığına diqqət çəkib. O bildirib ki, bu xəstəliyin yüksək hərarət, öskürək kimi əlamətlərinə göz qaşınması da əlavə olunub. "Hindustan Times" qəzetinin yazdığına görə, xüsusilə qaşınma konyuktiviti uşaqlarda müşahidə edilir və bu simptom digər COVİD-19 variantlarında müşahidə olunmayıb.
Digər tərəfdən son vaxtlar Hindistanda yoluxma hallarının sürətlə yayıldığı açıqlanıb. Hindistanda bu gün 11 109 yeni yoluxma halı aşkarlanıb. Alimlər bir gündə baş verən bu artımın son bir ildəki ən böyük artım olduğunu açıqlayıb
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər