BolgeXeber.Com » Sosial » Nə etsəm də arıqlaya bilmirəm deyənlər SADƏCƏ 15 DƏQİQƏ BUNU EDİN

Nə etsəm də arıqlaya bilmirəm deyənlər SADƏCƏ 15 DƏQİQƏ BUNU EDİN

19-04-2023, 10:24
Oxunub: 1 272
Türkiyəli məşhur həkim-mütəxəssis Canan Karatay arıqlaya bilməyənlər üçün bir neçə məsləhət verib. Sadəcə 15 dəqiqəlik bunu etməklə arıqlaya bilərsiniz deyən mütəxəssis yenə insanları təəccübləndirib.

Bolgə.TV xəbər verir ki, sağlam qidalanma və pəhrizlə bağlı açıqlamaları ilə diqqət çəkən və zaman-zaman müzakirə edilən Prof. Dr. Canan Karatay arıqlamaq istəyənlərə qızıl kimi məsləhətlər verib.

O bildirib ki, D vitamini çatışmazlığının ciddi sağlamlıq problemlərinə səbəb olması ilə yanaşı arıqlamağı çətinləşdirir. Orqanizmin artıq çəki almasını sürətləndirir. İnsanın D vitamini ehtiyacının yalnız yüzdə 10-u qida ilə təmin edilə bilər. Bir çox araşdırmalar göstərir ki, D vitamini səviyyəsinin artırılması arıqlamağa kömək edir. D vitamini baxımından ən təsirli dövr olan mart və oktyabr ayları arasında qoruyucu krem istifadə etmədən hər gün 10-15 dəqiqə günəş vannası qəbul etmək lazımdır.

Xüsusilə günəş şüalarının ortada olduğu saat 11.00-15.00 arası D vitamininin çevrilməsi üçün ən təsirli saatlar hesab edilir. Bununla D vitamini çatışmazlığını aradan qaldıra və arıqlaya bilərsiniz.