BolgeXeber.Com » Sosial » Vərdişlər neçə günə formalaşır?

Vərdişlər neçə günə formalaşır?

22-04-2023, 18:14
Oxunub: 1 512
Amerikalı alimlər hər hansı vərdişin 21 gündə formalaşması ilə bağlı məşhur fikri şübhə altına alıblar.

Bolgə.TV xəbər verir ki, bu məqsədlə onlar 30 mindən çox idman zalı ziyarətçisinin məşq məlumatlarını öyrəniblər.

Maşın öyrənmə üsullarından istifadə edən tədqiqatçılar bəzi vərdişlərin digərlərindən daha uzun müddət formalaşdığını aşkar etdilər. Məsələn, idman məşqlərini vərdiş halına gətirmək üçün təxminən 6 ay vaxt lazımdır.

Yeni şəxsiyyətin formalaşması daha çox konkret insandan və bir çox amillərdən asılıdır: davranışından, məşğuliyyətin ondan nə qədər vaxt və səy tələb etməsindən.