BolgeXeber.Com » Sosial » Suyun tapılmadığı “Xutor”da boru partladı: Küçə gölməçəyə döndü

Suyun tapılmadığı “Xutor”da boru partladı: Küçə gölməçəyə döndü

24-04-2023, 17:50
Oxunub: 1 224
Bakının Nəsimi rayonu, “Xutor” adlanan ərazidə boru zədələnməsi nəticəsində su küçəyə axır.

Bolgə.TV xəbər verir ki, bununla bağlı foto və videolar sosial şəbəkələrdə yayılıb. Sakinlərin paylaşdığı görüntülərdə qeyd edilib ki, partlayan su borusu fərdi çəkilmiş xətt deyil.

Məsələ ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Qurumun mətbuat katibi Anar Cəbrayıllı Nəsimi Rayon Sukanal İdarəsinə məlumat verildiyini, tədbir görüləcəyini söyləyib:

“Lakin qeyd etməliyəm ki, görüntülərdə əks olunan fərdi xətdir, kiminsə özü üçün çəkdiyi su borusudur. Mərkəzləşmiş şəbəkə deyil. Çünki mərkəzləşmiş şəbəkə torpağa basdırılır. Asfaltın üstü ilə çəkilən vətəndaşlar tərəfindən primitiv qaydada çəkilən xətdir. İstənilən halda, su itkisinin qarşısını almaq üçün tədbir görüləcək”.