BolgeXeber.Com » Sosial » Hava ilə bağlı XƏBƏRDARLIQ - İntensiv yağış, güclü külək

Hava ilə bağlı XƏBƏRDARLIQ - İntensiv yağış, güclü külək

25-04-2023, 16:08
Oxunub: 1 464
Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bolgə.TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.