BolgeXeber.Com » Sosial » Albinos insanlar xəstə sayılır? - ÖZƏLLİKLƏRİ NƏLƏRDİR?

Albinos insanlar xəstə sayılır? - ÖZƏLLİKLƏRİ NƏLƏRDİR?

26-04-2023, 17:18
Oxunub: 1 760
Albinos insanlar xüsusi DNT-yə sahibdirlər, eyni zamanda zahiri görünüşcə də fərqlənirlər: onların dərisi süd kimi ağ, saçları açıq rəngli, gözləri solğun olur. Bu onlara müəyyən çətinliklər yaradır, məsələn, onların dərisi günəşin altında qaralmır, qızarır.

Bolgə.TV xəbər verir ki, qədim zamanlardan bu cür defektlə doğulan insanlar çox böyük təhlükə ilə üz-üzə qalırdılar. Orta əsrlərdə onları tonqalda yandırır, şeytanın köməkçiləri hesab edirdilər. Müasir dövrdə isə onlara qarşı çox ayrıseçkilik olmasa da, yenə də ehtiyatla yanaşırlar. Bununla belə, bir çox Afrika ölkələrində albinoslar təhlükədədirlər. Yerli cadugərlər hesab edirlər ki, albinosların bədən hissələri cadu və ovsunların gücünü artırır. Muzdlu qatillər onların öldürülməsinə görə orta statistik afrikalının illik qazancından daha çox pul alırlar. Buna görə də, albinos uşaqlar üçün mühafizə edilən və onların təhsil ala biləcəyi xüsusi evlər inşa edilir.

Statistikaya əsasən, qaradərili xalqlarda avropalılara nisbətən 6 dəfə çox albinos doğulur. 3000 qaradəriliyə 1 albinos düşür. Bunu daha çox qohum evliliyinin çoxluğu ilə əlaqələndirirlər.