BolgeXeber.Com » Sosial » MƏŞHUR KARQO MÜŞTƏRİLƏRƏ NECƏ ALDADIR: “STAREX”də UNİKAL ÜSUL

MƏŞHUR KARQO MÜŞTƏRİLƏRƏ NECƏ ALDADIR: “STAREX”də UNİKAL ÜSUL

27-04-2023, 14:10
Oxunub: 1 520
Deməli, müştəriləri bezdirdiyi üçün istifadəçisi xeyli azalan karqolardan biri böhrandan xilas olmaq və insanları yenidən cəlb etmək üçün çıxış yolları axtarıb. Amma yüzlərcə insanı boğaza yığandan sonra, reytinqin, əgər yerlərdə sürünürsə, onda bu iş, o qədər də asan deyil. Yəni, heç bir marketinq üsulu ilə, bunun altından çıxmaq mümkün deyil. 

Bolgə.TV xəbər verir ki, bu barədə Paytaxt.org-a müraciət edən şikayətçi yazır:

Karqo belə hesab edib ki, indiki çətin vaxtda müştəriləri ancaq sehrli çubuqla, şapkadan dovşan çıxartmaqla cəlb etmək olar. Beləcə, sehrli bir kampaniya düz-qoş ediblər; profilə daxil olursan, 5 dollar balans gəlir!

Amma, əsas ardıdır, səbrli olun.

Beləliklə, insanlar da təbii olaraq, karqodan istifadə etməyə və sifarişlər VERMƏYƏ başlayıblar. Lakin, verilən balansdan istifadə etməyə çalışanda, 5 dolların yoxa çıxdığını görüblər!

Bəli, bəli! Əvvəldə dedik axı; SEHRBAZLIQ!

Şapkadan dovşan çıxandan sonra o, mütləq təzədən şapkaya qayıtdığı kimi, verilən balans da təzədən geri qayıtmalıydı! Kampaniyanın mahiyyəti da elə budur; profilə daxil olursan, 5 dollar peyda olur, elə ki çıxdın, 5 dollar yox olur!

Necə deyərlər, abrakadabra!

Müştərilər etiraz edəndə isə karqo rəhbərliyi deyib ki, bu balans söhbətinin, sehr tryuku olduğunu gərək əvvəldən anlayaydız, öz günahınızdır, biz neyləyək...

Yeri gəlmişkən, bu maraqlı tryukdan, digər karqolar da baxıb nümunə götürsünlər.

Məsələn, başqa bir sehrli kampaniya təklifini də onlara biz verək: müştəriyə sehrli xalat geyindirsinlər, "amaravati, amaravati, çandrika" oxusunlar, anında daşınma balansına 100 dollar əlavə etsinlər. 1 həftə sonra bağlama anbara gələndə xalatı təzədən geyindirib, balansı silsinlər

Necə təklifdir, hörmətli karqolar? Düzdür, bir qüsuru var ki, kampaniya üçün müştəri mütləq gərək ofisə gəlsin. Ona görə də gəlin daha rahat,, zəmanəyə uyğun ONLAYN bir kampaniya təklifi verək: profil açan hər müştəriyə 1000 tl balans verilsin, lakin o balansdan heç vaxt istifadə etmək mümkün olmasın və sonra təzədən geri qayıtsın!

Necədir, işə yarayar, hörmətli karqolar?

Müştərilər narazı qalsa da, ən azından on minlərcə yeni profil açılar da! Orda-burda da fəxrlə deyərsiz ki, bizim karqonun məsələn 100 min müştərisi var və sponsorlu reklamda bu dramatik faktı istifadə edərsiz.

Belə...

Əvvəldə demişdik ki, hekayənin sonu ağlamalıdır. Ağlamalısı da budur ki, bu hadisə, yəni sehrli kampaniya, həqiqətən, baş veribdir! Sehrin müəllifi də "Starex" adlı- adında ulduzlar sayrışan, amma çoxdan qaranlığa qərq olmuş daşınma şirkətidir. Əslində, daşınma yox, süründürmə şirkəti kimi tanınır. Bu karqo, sehrbazlıq üsulu ilə, çoxlu sayda müştərinin balansını oğurlayıb. İlk baxışda, 5 dollar, xırda bir məbləğ kimi görünə bilər, amma gəlin hesablayaq; 1 nəfər 5 dollardısa, 10 nəfər 50 dollar, 100 nəfər 500 dollar, 1000 nəfər 5000 dollar deməkdir!

Özünüz düşünün, min nəfərə ümumilikdə 5000 dollar "atmaq" ilə, 1 nəfərə 5000 dollar "atmaq" arasında hansısa fərq varmı?

Necə deyərlər, no komment…

Əlbəttə bu xəbəri kanalımızda, eləcə də saytlarda görən minlərcə insan, “sehrbaz karqo”dan qaçacaq və özünü, problemdən xilas etmiş olacaq. Lakin, bəs, yüzlərcə müştərinin haqqının pozulmasını və dəyən zərəri kim kompensasiya edəcək?

İstehlakçıların haqlarına cavabdeh olan dövlət qurumu, “Starex” barəsində hansısa ciddi tədbir görəcəkmi? Yoxsa yenə, “Bir səhvdir olub da, day bir də eləməz” mənasına gələn bir gülməli cavab məktubu göndərəcək?