BolgeXeber.Com » Sosial » Üz dərisini mikrob və bakteriayalardan bu cür təmizləyin - TƏBİİ RESEPT

Üz dərisini mikrob və bakteriayalardan bu cür təmizləyin - TƏBİİ RESEPT

27-04-2023, 17:12
Oxunub: 1 312
Üz dərisi çox həssas olduğu üçün daha çox baxıma ehtiyacı var. Üz dərisinin təmizlənməsi fitokosmetologiyada ilk addım sayılır. Üzdə gözlə görünməyəcək dərəcədə toz, bakteriyalar, yağ vəzilərinin yaratdığı çirk və istifadə olunan kosmetloji vasitələrin artıqları mövcuddur.

Bolgə.TV xəbər verir ki, dərini təmizləmək üçün müxtəlif üsullar var.

Onlardan biri də aşağıdakı reseptdir:

Çay sodası bir çay qaşığı
Alma sirkəsi bir çay qaşığı
Gül suyu 20 damcı
İlıq su 100 ml
Qarışdırılaraq həll edilir və dəri ilk etapda təmzilənilir. Hazırlanmış məhlulun hamısı üz dərsini üçün tam istifadə etməyin, yarsını saxlayın.
Bitdikdən sonra üzərinə:

Balqabaq yağı
Badam südü
Küncüt yağı (yağlı dərilər üçün zeytun yağı ilə əvəz edilir)
Aloe bitkisinin təbii geli (lətli hissə çıxarılır və soyuducuda saxlanılır)

Hərəsindən 1/2 çay qaşığı götrülüb saxsı və ya mis qabda qarışdırılır. Təmizlənmiş üz dərisi üzərinə zəif qatla çəkilir və bir saat saxlanılır.

Yuxarıda qeyd olunan məhlulun qalan hissəsi ilə ikinicili təmizləmə prosesi aparın.

Bu reseptlə həm üz dərisi təbii üsulla təmizlənir, həm də dəri qidalanır və daha parlaq görünür.