BolgeXeber.Com » Sosial » Onlar üçün yaz tətili başladı

Onlar üçün yaz tətili başladı

1-05-2023, 10:09
Oxunub: 1 232
Bu gündən Azərbaycanın orta məktəblərində ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.

Bolgə.TV xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”ndə öz əksini tapıb.

Əmrə əsasən, tətil mayın 5-dək davam edəcək.

Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.