BolgeXeber.Com » Sosial » Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

1-05-2023, 13:32
Oxunub: 1 256
Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək.

Bolgə.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, Kiçik Qafqazın bir sıra ərazisində yerləşən çaylarında sel hadisəsi gözlənilir: "Hazırda Şamaxı rayonunda yerləşdiridiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində eyni zamanda Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur".