BolgeXeber.Com » Sosial » “Kontakt”da 60%-dək meqaendirimli “Axşam bazarı”nı qaçırmayın

“Kontakt”da 60%-dək meqaendirimli “Axşam bazarı”nı qaçırmayın

4-05-2023, 12:00
Oxunub: 1 408
Bolgə.TV xəbər verir ki, “Kontakt” hamının səbrsizliklə gözlədiyi “Axşam Bazarı” kampaniyasına bu dəfə 8 mağazasında start verir. Yalnız 1 gün – mayın 5- i “Kontakt” mağazalar şəbəkəsinin:

- “Xalqlar Dostluğu metrosu”;

- “İnşaatçılar Metrosu”;

- “Mərdəkan”;

- “Xırdalan”;

- “Sumqayıt 10-cu mikrorayon”

- “Gəncə Grand Qafqaz” mağazalarında axşam saat 21:00-dan, gecə 00:00-dək;

- Qəbələ və Lənkəran mağazalarında isə axşam saat 19:00-dan 22:00-dək evinizə lazım olan hər növ məhsullara nağd alışda 60%-dək böyük endirimlər olacaq. Bundan başqa şəbəkə müştərilərinə endirimli qiyməti yerindəcə 3 aya bölmə imkanı da təklif edir.

Elə isə gəlin bol endirimli təkliflərin bəzilərinə nəzər yetirək. Beləliklə yalnız mayın 5-i:

109 sm ekranlı, smart Toshiba televizorunu nağd alışda 1050 yerinə, 549 manata;

Hətta bütöv toyuğu qızarda biləcəyiniz 4,2 lt tutumlu Tefal fritozunu 450 yox, sadəcə 299 manata;

2200 Vt gücü olan Rowenta hava fenini 130 deyil, şok endirimlə 39 manata;

14 dəst tutumlu Toshiba qabyuyanını 1100 yox, cəmi 699 manata;

Türkiyə istehsalı 2 nəfərlik Janin yataq dəstini isə 153 əvəzinə, 99 manat ödəyib ala bilərsiniz.

Belə fürsətlər hər zaman ələ düşməz. Odur ki, mayın 5-i axşam saatlarınızı sözügedən mağazalarda səmərəli dəyərləndirin! Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada, sizə yaxın ünvanı isə buradan müəyyən edə bilərsiniz.