BolgeXeber.Com » Sosial » Barmaqlarımızı şaqqıldadanda niyə səs çıxır?

Barmaqlarımızı şaqqıldadanda niyə səs çıxır?

5-05-2023, 12:19
Oxunub: 1 488
Barmaqları şaqqıldatmaq sümüklərə heç bir ziyan vurmur.

Bolgə.TV xəbər verir ki, bu barədə həkim-nevroloq Qalib Əsədov məlumat verib.

Onun sözlərinə görə, barmaqların şaqqıldadılmasının artrit və ya gələcəkdə əllərin əsməsinə səbəb olması fikirləri tamamilə yanlışdır və heç bir elmi əsası yoxdur: "Bizim eşitdiyimiz şaqqıltı səsi sadəcə oynaq daxili mayede olan qazların təzyiqin azalması nəticəsində partlamasıdır. Oynaqda maye var. Barmağımızı dartdıqda təzyiq azaldığı üçün həmin mayedə həll olmuş qazlar qabarcıqlar şəklində formalaşır".