BolgeXeber.Com » Sosial » Bu tarixdən hava kəskin dəyişir: Temperatur 11 dərəcə enəcək

Bu tarixdən hava kəskin dəyişir: Temperatur 11 dərəcə enəcək

6-05-2023, 17:16
Oxunub: 1 456
May ayının 8-i və 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yenidən kəskin pisləşəcək.

Bolgə.TV xəbər verir ki, havanın temperaturu əvvəlki günlərə nisbətən 5-6 dərəcə aşağı düşəcək.

Mayın 8-i və 9-da paytaxtda güclü külək əsəcək. Mayın 9-da gecə saatlarında havanın temperaturu hətta 11 dərəcəyədək enəcək.

Mayın 10-dan isə havanın temperaturu yenidən 3-4 dərəcə isinəcək. Külək kəsəcək.