BolgeXeber.Com » Sosial » Yazda dərinizə qulluq üsulunu dəyişin

Yazda dərinizə qulluq üsulunu dəyişin

13-05-2023, 18:04
Oxunub: 1 408
Yaz aylarında dəriyə daha çox diqqət edilməlidir. Qışda istifadə etdiyiniz bəzi məhsulları kənara qoymalı, daim hazırladığınız maskalardan uzaq durmalısınız. 

Bolgə.TV xarici mediaya istinadən yazda üzünüzə necə qulluq edə biləcəyinizi təqdim edir:

İlk növbədə C vitamini tərkibli baxım vasitələrinizi kənara qoyun. Yayda C vitaminli kremlər üzə çəkmək ziyandır. Belə ki, günəş şüaları üzə vurduqca, ləkələr əmələ gələcək. Çalışın C vitaminini daxilə qəbul edin. 

Pilinq tərkibli maskalardan uzaq durun. Bunlar üzünüzdə ləkələrin yaranmasına gətirib çıxaracaq. 

Dərinizi nəmləndirən vasitələrdən çox istifadə edin. Aloe, xiyarı sürtgəcdən keçirib, içərisinə qatıq qatıb dərinizə çəkə və 10 dəqiqə saxladıqdan sonra yuya bilərsiniz. 

Bananı əzib üzünüzə çəkin və 10 dəqiqə sonra ilıq su ilə yuyun. 

Üzünüzü yuduqdan sonra azca alma sirkəsi qatılmış su ilə yuyun. Beləcə dəriniz daha parlaq və nəmli olacaq.