BolgeXeber.Com » Sosial » Mədə qanaxması nədir? NƏDƏN BAŞ VERİR?

Mədə qanaxması nədir? NƏDƏN BAŞ VERİR?

17-05-2023, 10:00
Oxunub: 1 160
Mədə qanaxması – nəinki mədə-bağırsaq traktının, həmçinin qanın laxtalanma sisteminin, digər orqanların bir çox xəstəliklərinin təhlükəli ağırlaşmasıdır. Dünya üzrə böyüklər arasında hər 100 000 nəfərdən təxminən 170-də bu patologiyaya rast gəlinir. Əvvəllər hesab olunurdu ki, mədə hemorragiyasının başlıca səbəbi xora xəstəliyidir.   

Bolgə.TV xəbər verir ki, hazırda patologiyanın başlıca səbəblərinə mədənin selikli qişasının qeyri-xora mənşəli zədələnməsi: medikamentoz eroziya, stresslə əlaqəli zədələnmələr, mellori-veys sindromu aid edilir. Qanayan xoraların formalaşmasına xroniki böyrək çatışmazlığı da gətirib çıxara bilər. Digər amillərə ürək-damar xəstəlikləri fonunda mədənin selikli qişasının işemiyası, qaraciyər sirrozu, bədxassəli törəmələr (eləcə də onlara qarşı kimyaterapiya), mədə qişasının kimyəvi və fiziki yanıqlarını misal göstərmək olar. Həmçinin kəllə-beyin travmaları, şok, ümumi soyuqlama, sepsis, ağır psixoemosional stress, miokard infarktı, hiperparatireoz, terminal onkopatologiyalar MBT-dən qanaxma törədə bilir.

Klinik təzahürlər hemorragiyanın intensivliyi və davametmə müddətindən asılıdır. Qısa sürən qeyri-intensiv qanaxmalar yalnız bədən vəziyyəti dəyişdikdə başgicəllənmə, göz önündə qara ləkələr, halsızlıqla müşayiət oluna bilər. Orta intensivlikli qan itirmə zamanı qan mədə boşluğunda toplanır, qismən onikibağırsağa keçir. Mədə şirəsinin təsirindən hemoqlobin oksidləşərək, hematinə çevrilir.