BolgeXeber.Com » Sosial » Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir - Rəsədxana

Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir - Rəsədxana

30-05-2023, 13:07
Oxunub: 1 200
Hal-hazırda geomaqnit sahəsi sakitdir.

Bolgə.TV xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.

Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir//metbuat.az