BolgeXeber.Com » Sosial » İyun ayında neçə gün iş olmayacaq?

İyun ayında neçə gün iş olmayacaq?

30-05-2023, 14:22
Oxunub: 1 160
İyunda qeyri-iş günlərinin sayı məlum olub.

Bolgə.TV xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib.

İyunun 15-də Milli Qurtuluş Günüdür. 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, həftəsonları da daxil olmaqla, iyunda 12 gün iş olmayacaq.