Küçədə yaşayan ağbırçək: "Soyuqdan donuram" (VİDEO)
19-10-2013, 08:30
Oxunub: 5 006
Həyat qəribəliklərlə doludur. İnsanlar müxtəlif olduğu kimi, talelər də müxtəlifdir. 73 yaşlı ağbircək Əsmət Allahverdiyevanın da taleyi keşməkeşli və bir qədər də qəribədir. Dediyinə görə, 1940-cı ildə Şamaxı şəhərində anadan olub. Ali təhsillidir. Uzun illər Sumqayıt şəhər pasport qeydiyyat şöbəsində çalışıb. Elə həmin şəhərdə də evi olub. Amma fələk ağbircəyin saydığını saymayıb.
Bizə məlum olmayan səbəblərdən evini satıb. Elə qara günləri də bundan sonra başlayıb. Öz yaxınlarının evinə sığınan Əsmət Allahverdiyevaya orda da sahib çıxan olmayıb. İndi ahıl xanım küçələrdə yaşamağa məcburdu: “2 oğlum olub. Biri çoxdan ölüb. O biri də 3 aydır ölüb. Bacımdakı evindən qovur. Mənim heç kimim yoxdur”.
Özü küçədə yaşamağına baxmayaraq dediyinə görə, ayda aldığı 170 manat pensiyasını həbsxanada olan yeganə sağ övladı olan qızına göndərir. Özü isə ac-susuz Yasamal rayonun ərazisindəki binaların qarşısını özünə məskən seçib. Belə yaşamaq heç də asan deyil: “Soyuqdan donuram. Ayaqlarım işləmir. Bu qızlar mənə kurtka verib. Acıram, cörək yemək istəyirəm, kim alsın mənə”.
Ağbirçəyin dediyinə görə, Şamaxı rayonunda qardaşı yaşayır. Bakıda isə bacısı. Amma onlar ünvan və ya əlaqə nömrələrini vermədiyindən ahıl xanıma hansı səbəbdən sahib çıxmadıqlarını öyrənə bilmədik. Özü isə qızının həbsxanadan çıxacağı günü səbrsizliklə gözləyir. Amma bundan sonra qarını həyatın hansı surprizin gözlədiyini demək hələki çətin məsələdir. /ANS TV/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər