BolgeXeber.Com » Sosial » Botoksdan sonra ölüm riski - DİQQƏTLİ OLUN

Botoksdan sonra ölüm riski - DİQQƏTLİ OLUN

15-06-2023, 14:43
Oxunub: 1 128
Türkiyənin Qaziantep bölgəsində tərləmənin qarşısını almaq üçün etdiyi botoksdan sonra ölümdən qayıdıb. Botoksdan zəhərlənən və reanimasiya şöbəsinə yerləşdirilən qadın, antidot iynəsi ilə yenidən həyata qaytarılıb.

Bolgə.TV xəbər verir ki, 31 yaşlı qadın, təxminən bir həftə əvvəl əl, ayaq və qoltuqaltı nahiyələrində tərləmənin qarşısını almaq üçün özəl mərkəzdə botoks etdirib. Prosedurdan üç gün sonra ikiqat görmə, qismən uyuşma, sidik qaçırma, şüurun bulanması və oksigen çatışmazlığı kimi problemlər yaşayıb. Qaziantep Universiteti Xəstəxanasının təcili xidmətinə müraciət edən qadında botulinum zəhərlənməsi aşkarlanıb. Bundan sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib. Şiddətli simptomları olan qadının reanimasiya şöbəsində müalicəsində istifadə olunacaq antidot tapmaq üçün araşdırma aparılıb. Dərhal antidot ilə müalicəyə başlayan qadın 5 günlük reanimasiya müalicəsindən sonra sağlamlığına qovuşub. mağa başlayıb. Xidmətə aparılaraq müalicəsini davam etdirən qadın bir müddət nəzarətdə saxlanıldıqdan sonra evə buraxılacaq.

Bununla əlaqədar sözügedən xəstəxananın həkimi bildirib ki, botoks tətbiqindən sonra belə ağır vəziyyətlərə tez-tez rast gəlinmir. Burada yaş və cinsiyyət kimi bir çox faktor önəm daşıyır. Tərləmənin qarşısını almaq üçün edilən botoks riskli bir prosedurdur. Sinir və əzələlərin ötürülməsinə təsir göstərir. Ona görə də bu prosedurları peşəkar insanlar həyata keçirməlidir.