BolgeXeber.Com » Sosial » Qurbanlıq qoyun seçərkən bunlara diqqət etməliyik

Qurbanlıq qoyun seçərkən bunlara diqqət etməliyik

24-06-2023, 09:06
Oxunub: 2 760
Qurban bayramına sayılı günlər qaldığı üçün əhali bazarlara üz tutur. Bəs qurbanlıq qoyunu necə seçməliyik?

Bolgə.TV xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən satıcı Atakişi Hüseynov bildirib ki, qurbanlıq seçərkən qoyunun qulaqlarına diqqət etmək lazımdır:

“Əgər qoyunun qulağı aşağı doğru sallanırsa, deməli, qoyunda xəstəlik var. Məsləhət görərdim bazarlarda qoyun seçərkən onun yeriməsinə də diqqət etsinlər. Çünki heyvan yavaş hərəkət edirsə, bu onun xəstə, ya da qoca olmasının göstəricisidir”.

Satıcı qeyd edib ki, hazırda bazarda qiymət artımı yoxdur:

“Hələlik qiymətlər eynidir. Quzunun diri çəkisinin 1 kiloqramı 7,50-8 manat arası dəyişir. Bayrama yaxın isə qiymət artımı gözləniləndir”.