BolgeXeber.Com » Sosial » Bakıda kişi keçmiş arvadını bıçaqladı

Bakıda kişi keçmiş arvadını bıçaqladı

1-07-2023, 11:48
Oxunub: 2 632
Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

Bolgə.TV xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Tünzalə Müsafəddin qızı Hümbətova keçmiş əri 1983-cü il təvəllüdlü Alqayıt Məhərrəm oğlu Hüseynov tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.

Hadisəni törədən şəxs saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.