BolgeXeber.Com » Sosial » Azərbaycanda son iki gündə COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycanda son iki gündə COVID-19-a yoluxanların sayı açıqlandı

15-07-2023, 15:51
Oxunub: 2 800
Azərbaycanda son iki gündə koronavirus (COVID-19) infeksiyasına altı yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Bolgə.TV xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 978 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 670 nəfər müalicə olunaraq sağalıb, hazırda 20 aktiv xəstə var. Bu günə qədər 10 288 nəfər vəfat edib.

Məlumata görə, son iki gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 231, bu günə qədər isə ümumilikdə 7 654 889 test icra olunub.