BolgeXeber.Com » Sosial » Maşın aşdı: Ata öldü, oğlu ağır yaralandı

Maşın aşdı: Ata öldü, oğlu ağır yaralandı

22-07-2023, 16:00
Oxunub: 2 928
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bolgə.TV xəbər verir ki, hadisə Yasamal aşırımında qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Eldəniz Hüseynov ağır xəsarət alıb. Onun atası Rövşən Hüseynov isə hadisə yerində dünyasını dəyişib.

Yaralı ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Qəzaya avtomobilin təkərinin partlamasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.