Pensiyaların minimum məbləği nə qədərdir?
27-07-2023, 12:00
Oxunub: 2 464
Bu il Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib.
Bolgə.TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, hesabat dövründə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 466,1 manata yüksəlib:
"Keçən illə müqayisədə 16.4 faizlik artım qeydə alınıb. Əvəzetmə əmsalı isə 47.2 %-ə çatıb".