BolgeXeber.Com » Sosial » Xəzərdə batan şəxsin meyiti tapıldı

Xəzərdə batan şəxsin meyiti tapıldı

28-07-2023, 14:51
Oxunub: 2 272
Xəzər dənizində batan şəxsin meyiti tapılıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iyulun 27-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.