Geomaqnit qasırğası olacaq
31-07-2023, 14:35
Oxunub: 2 320
Avqustun 1-i və 2-də geomaqnit qasırğası gözlənilir.
Bolgə.TV xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanasından məlumat verilib.
Kosmik hava proqnozuna görə, proqnoz günlərində ( 31 iyul - 06 avqust iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.