Azərbaycanda hərbçi yol qəzasında öldü
2-08-2023, 12:10
Oxunub: 2 944
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Bolgə.TV Unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşını toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Ceyhun Ağazadə və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Faxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.