BolgeXeber.Com » Sosial » Qaxda itkin düşən şəxsin meyiti tapıldı

Qaxda itkin düşən şəxsin meyiti tapıldı

3-08-2023, 18:30
Oxunub: 2 640
Qaxda itkin düşən şəxsin meyiti tapılıb.

Bolgə.TV xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, iyulun 23-də itkin düşmüş Qax rayonunun İlisu kənd sakini 1992-ci il təvəllüdlü Rəhman Kamallının avqustun 2-də meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.