iPhone -15 bu tarixdə satışa çıxarılacaq
4-08-2023, 10:50
Oxunub: 3 056
iPhone şirkətinin yeni seriyası olan iPhone -15 smartfonu sentyabrın 13-də təqdim ediləcək.
Bolgə.TV xəbər verir ki, bu barədə “9to5mac”portal məlumat yayıb.
Məlumata görə, ABŞ telekommunikasiya operatorları öz işçilərindən sentyabrın 13-də yeni bir smartfonun elanı ilə əlaqədar məzuniyyətə çıxmamağı xahiş ediblər.
Əgər iPhone yeni modelini sentyabrın 13-də təqdim edərsə, smartfonlar üçün ilkin sifarişlər sentyabrın 15-i, rəsmi satışlar isə bir həftə sonra, sentyabrın 22-də başlayacaq.