Həkim və müəllimlər xüsusi statuslu qulluqçu sayilacaq
23-06-2011, 17:05
Oxunub: 7 733
“Azərbaycanda həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək”.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır və normativ hüququ baza hazırlanır: “Onların “Dövlət qulluğu haqqında” qanunla müəyyən edilmiş statusları olmayacaq. Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları kimi, dövlət qulluğunun xüsusi növü olaraq xüsusi statusları olacaq”.
B. Xəlilov dövlət qulluğunun xüsusi növü şamil edildikdən sonra həkimlərin və müəllimlərin işə qəbulunun komissiya tərəfindən həyata keçirilib-keçirilməyəcəyi məsələsinin hələ müəyyənləşmədiyini deyib. O, bildirib ki, hazırda Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunun şamil edildiyi dövlət qulluqçularının ümumi sayı 30 min nəfərdir: “Başqa sahələrdə olduğu kimi, bu sahədə də islahatlar aparılır”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər