Nabranda avtomobil aşıb, ölən və xəsarət alan var
10-08-2023, 11:13
Oxunub: 2 768
Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bolgə.TV xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib.
2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.