Qəzadan sonra Nicatın telefonları və pulqabısı oğurlanıb
15-08-2023, 17:09
Oxunub: 2 840
Qəzadan sonra bloger Nicat Mütəllimovun telefonları və pulqabısı oğurlanıb.
Bolgə.TV xəbər verir ki, bu haqda dostu Ramal İsayev İnstaqram hesabında paylaşım edib.
"Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar. Bunu edənlər tapılıb cəzalandırılacaq", - o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov 15 avqust gecə saatlarında idarə etdiyi “Porşe” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində onun avtomobilində olan sərnişin Ruslan Şahin oğlu Məmmədov ölüb, N.Mütəlimov isə yaralanıb. Onun qolu amputasiya olunub.